Autsorsinq nədir?
Müntəzəm dəyişikliklərə məruz qalan biznes mühitində şirkətlər hər zaman səmərəliliyi artırmağa və daha çox qazanc əldə etməyə imkan verən sistemlərə və strategiyalara sərmayə qoyurlar. Belə strategiyalardan biri şirkətlərə xərclərini azaltmaq və mənfəəti artırmaq məqsədi ilə biznes funksiyalarını xarici şirkətlər və ya işçilərlə müqavilə bağlamağa imkan verən autsorsinq xidmətidir.
Bu yazımızda Autsorsinqin nə olduğu, növləri və nə üçün faydalı olduğu haqqında söz açacağıq.
Autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb.Autsorsinq” sözü termin olaraq ilk dəfə 1989-cu ildə “Eastman Kodak” şirkəti tərəfindən istifadə edilmişdir. Onlar İT xidmətlərini başqa şirkətə ötürməklə bu istiqamətdə daha üstün keyfiyyət göstəricilərinə nail ola bildilər.
Autsorsinq xidməti şirkətə əmək xərclərini və məsrəflərini azaltmağa və əməliyyatları təkmilləşdirmək üçün çatışmayan bacarıqlardan istifadə etməyə imkan verir.
Autsorsinq xidmətlərinin növləri:
Cədvəldən göründüyü kimi, autsorsinq xidmətlərinin növləri qısa müddət ərzində həddindən çox genişlənmişdir.
Autsorsinq xidmətlərinin formaları:
- Tam autsorsinq – müəssisənin müəyyən bir prosesinin tam halda kənar bir təşkilata verilməsi
- Hissəvi autsorsinq – müəssisənin müəyyən proseslərinin yalnız bir hissəsinin kənar bir təşkilata həvalə edilməsi.
- Təkmilləşdirilmiş autsorsinq – autsorsinq xidmətlərinin yeni istiqamətlərindən biridir. Burada söhbət şirkətin bir neçə funksiyasının kənar şirkətlərə verilməsindən gedir.
Yazımızda Autsorsinq xidmətlərinin növü olan Mühasibatlıq və maliyyə növünə diqqət çəkmək istərdik.
Mühasibatlıq və maliyyə autsorsinq xidməti, biznesdə əsas maliyyə tapşırıqlarının idarə edilməsində ixtisaslaşan mühasibat firmaları tərəfindən göstərilən xidmətdir. Biznes sahiblərinin bu xidmətdən istifadə etməsinin üstünlükləri:
- Biznesində səmərəliliyin artırılmasına kömək edir.
- Vaxta və pula qənaət etməklə yanaşı, onlara mühasibat əməliyyatlarını,maliyyə tapşırıqlarını daha effektiv və peşəkar şəkildə idarə etməyə kömək edə biləcək təcrübəli mühasibat mütəxəssislərinə çıxış imkanı verir.Bu da öz növbəsində, biznes sahibinə biznesin idarə edilməsini daha da optimallaşdırmağa şərait yaradır.
- İşçilərin işə götürülməsi, təlimi və saxlanması daxil olmaqla, daxili mühasibat işçiləri ilə bağlı xərcləri azaltmağa kömək edir. Həmçinin bizneslərə prosesləri sadələşdirməyə və səmərəliliyi artırmağa kömək edə biləcək ən son texnologiya və proqram təminatından istifadəni də təmin edir.
Mühasibatlıq və maliyyə autsorsinq xidmətinə nələr daxildir?
- Mühasibat uçotunun sıfırdan qurulması(sənədləşmə sisteminin qurulması, uçot siyasətinin hazırlanması)
- Kassa əməliyyatlarının uçotu(kassa sənədlərinin yazılması, kassa kitabının tərtibi)
- Bank əməliyyatlarının uçotu(bank hesablarının açılması, daxili və xarici bank köçürmə əməliyyatlarının icrası)
- Təhtəlhesab şəxslərlə hesablaşmalar(avans hesabatının hazırlanması)
- Əsas vəsaitlərin uçotu(amortizasiya hesablamaları və əsas vəsaitlərin inventarizasiyası)
- Ticarətdə satılmış malın maya dəyərinin hesablanması( FİFO, AVCO)
- Kadr uçotunun təşkili (işə qəbul, xitam, vəzifə və maaş dəyişikliklərinin elektron hökumət portalına daxil edilməsi; işə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi əmrlərinin yazılması və.s.)
- Əmək haqqının uçotu(əmək haqqı və ona bərabər tutulan ödənişlərin (ezamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, overtime, gecə növbəsi və s.) hesablanması və işçilərə ödənməsi)
- İstehsalatda uçotun təşkili(hazır məhsulun maya dəyərinin kalkulyasiyası, anbar uçotunun qurulması, mal-material dəyərlilərinin inventarizasiyasını təşkil etmək)
- Debitor və Kreditorlarla hesablaşmalar(borcların və avans ödəmələrinin uçotu)
- Maliyyə hesabatlarının hazırlanması(Balans, Mənfəət və zərər, Kapitalda dəyişiklik, Pulun hərəkəti, İzahlı qeydlər)
- Mühasibat uçotu üzrə məsləhət xidmətləri.
Biznes sahibləri şirkətin əməliyyat fəaliyyəti üçün mütləq olan resursları və məsrəfləri(əmək haqqı xərci və s.)düzgün qiymətləndirməlidirlər.Əsas fəaliyyət istiqamətinə aid olmayan mühasibat uçotu işləri , vergi uçotunun aparılması biznes sahinin çox xərc və əlavə vaxt aparmasına səbəb ola bilər.
Mühasibat autsorsinq xidmətləri sizə keyfiyyətli mühasibat uçotunun təşkilini və resursları biznesin inkişafına yönəltməyə imkan verir.
Mikro, kiçik, və orta sahibkarlıq subyeklərinin həmçinin fərdi sahibkarların mühasibat autsorsinq xidmətindən istifadə edilməsi ən düzgün yoldur, çünki əməliyyat sayının az olması ştat mühasibinin iş yükünün tam yerinə yetirməməsinə səbəb olur. Bu hal şirkətlərdə mühasibat uçotunu qurmağın çətin olmadığı görüntüsü yarada bilər , amma unutmamaq lazımdır ki , qanunvericilik tez-tez dəyişir . Dəyişiklikləri izləmək,uçot siyasətini təşkil etmək ,hesabatları hazırlamaq , vergiləri hesablamaq kifayət qədər əmək məsrəflərinə səbəb olur. Kiçik və orta müəssisələrdə mühasibat uçotunun autsorsinq xidmətindən səmərəliliyi artırmaq, təcrübəli kadrların işə cəlb edilməsi üçün istifadə edilir. Autsorsinq xidmətlərindən istifadə mühasibatlıq xərclərinə təxminən 30-40faiz azaltmağa imkan verir.
Fintaxpro.az konsaltinq& autsorsinq şirkəti sizlərə mühasibat uçotu , vergi uçotu,1c yazılım xidmətləri təklif edir. Xidmətlərimizdən istifadə etməklə peşəkar və təcrübəli mütəxəssislərlə çalışacaq və xərclərinizə qənaət edəcəksiniz.
- Tarix : 06/03/2024
- Oxuma sayı : 371
- Paylaş :