Asan imza nədir?

“Asan İmza” (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır.  “Asan İmza” (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. “Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Asan İmza” (Mobil ID) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. “Asan İmza” (Mobil ID) vasitəsilə vergi, gömrük, maliyyə və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra edilir. “Asan İmza” texnologiyasının üstünlüyü smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. 

  • Tarix : 15/03/2024
  • Oxuma sayı : 315
  • Paylaş :